|
Azərbaycan Dövlət
Xəzər Dəniz Gəmiçiliyi
– iri gəmi sahibkarıdır.
Əsas fəaliyyət
istiqamətləri:
yük daşınması,
əsasən neft və neft məhsulları.
Üzmə rayonları:
Xəzər dənizi
Qara dəniz
Aralıq dənizi
Mərmərə dənizi
Volqo-Balt və Volqa-Don gəmiçilik
sistemlərindən keçməklə Baltik
və Qara dəniz – Aralıq dənizi hövzələrindəki
limanlardan Xəzərə gətirilən yüklər
aşırılmadan İran limanlarına göndərilir.
Xəzər Dəniz Gəmiçiliyinin
Qara
dəniz-Azov hövzəsində işləyən
gəmiləri xarici fraxtçıların yüklərini
Avropa, Yaxın Şərq və Şimali Afrika
limanlarına çatdırırlar. Bu gün
iftixarla
demək olar ki, Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq yükdaşımalar
bazarındakı tərəfdaşlarının
etimadını qazanıb.
Bunu 1997-1998-ci illərdə əldə edilmiş
nüfuzlu prizlərdə “EURO MARKET AWARD”
və “MANAGMENT REWARD”
təsdiqləyir. 1992-ci ildə Belçikada Kral Dekreti
ilə
təsis olunmuş həmin prizlərin
Xəzər Dəniz Gəmiçiliyinə
təqdim edilməsi onun Avropa bazarı
ilə işgüzar əlaqələrin
inkişafındakı xidmətlərinin,
idarəetmə
uğurlarının,
habelə Azərbaycan
iqtisadiyyatındakı rolunun və beynəlxalq iqtisadi sistemə inteqrasiya
təşəbbuslərinin tanınmasıdır.
Fərəhləndirici haldır ki,
Xəzər Dəniz
Gəmiçiliyi MDB-də “EURO MARKET AWARD”
və “MANAGMENT REWARD” prizlərini
alan yeganə gəmiçilik şirkətidir. 2003
- cü ilin yekunlarına görə gəmiçilik
qızıl kateqoriyalı "Quality
Crown"
beynəlxalq prizinə layiq görülüb.Prizin müəllifi Biznes Təşəbbüsü Təşkilatıdır.
Onun"Total
Quality Management"
keyfiyyət
texnologiyası dünyanın 166
ölkəsini əhatəedir. İndi onların
sırasında Azərbaycan da var.
|