Xəzər
Dəniz Nəqliyyat Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu
İnstitutun kollektivi bərə əlaqəsinin inkişafına
öz layiqli töhfəsini verib. Bakı,Aktau,
Türkmənbaşı, Bekdaş limanlarında
bərə komplekslərinin layihələri
məhz bu institutda hazırlanıb. İnstitutun layihələri üzrə həmçinin
Saxalin adasını materiklə birləşdirən Vanino-Xolmsk, İliçevsk-Varna (Ukrayna-Bolqarıstan),
Klaypeda-Mukran (Latviya-Almaniya) bərə keçidləri
quraşdırılıb. Bakının Qaradağ
rayonunda yerləşən dərin özüllər
zavodunun hidrotexniki qurğularının inşası,
neftdoldurmanı Bakı buxtasından çıxarılması, gəmi təmiri zavodlarının və gəmi
üzgüçülüyü kanallarının
rekonstruksiyası, bir sıra ictimai və yaşayış binalarının, müxtəlif qurğuların tikintisi üzrə
layihələrin müəllifi bu
institutdur. Bundan başqa, Suriya, Liviya, İran,
Bolqar ı stan və Əfqan ı standa tədqiqat və layihə işləri
aparıb.
Ünvan:
Bakı, B. Ağayev küç., 117
Tel: (99412) 438-84-31